Konqoda “Ebola” virusundan ölənlərin sayı 304 nəfərə çatıb

26-06-2026, 07:05 - Dünya

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı son 24 saat ərzində 13 nəfər artaraq 304-ə çatıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Konqo Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat yayıb.

Virusa yoluxanların sayı əvvəlki günlə müqayisədə 37 nəfər artaraq 1155-ə yüksəlib. Ölüm göstəricisi 26,3 faiz təşkil edir.

Hazırda xəstəxanalarda və izolyasiya palatalarında 326 xəstə müalicə olunur. Eyni zamanda 138 nəfər tam sağalaraq tibb müəssisələrindən evə buraxılıb.