ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəliblər - KİV

29-06-2026, 02:20 - Dünya

ABŞ və İran qarşılıqlı zərbələri dayandırmaq, həmçinin Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə iyunun 30-da Dohada məsləhətləşmələr keçirmək barədə razılığa gəliblər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb.
"ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinin sözlərinə görə, ABŞ və İran qarşılıqlı zərbələri dayandırmaq barədə razılığa gəlib. Çünki tərəflər çərşənbə axşamı Qətərin paytaxtı Dohada görüşərək Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını həll etməyi planlaşdırırlar", - deyə məlumatda bildirilib.