Ağcabədidə ağır yol qəzası baş verib

6-09-2025, 19:45 - Hadisə

Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə Hindarx–Borsunlu avtomobil yolunun Poladlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı, 10 GK 042 dövlət nömrə nişanlı avtomobil ilə “VAZ-21011” markalı, 60 BD 542 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ”da olan 1962-ci il təvəllüdlü Pənah Nəcəfov və sürücü, 1965-ci il təvəllüdlü Filman Xuduyev ağır xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.