Abşeronda kişi meyiti aşkarlanıb

6-01-2026, 09:35 - Hadisə

Abşeronda kişi meyiti aşkarlanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” Y/M, Osman Sarıbəyli küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış 02.04.1993-cü il təvəllüdlü Xəlilli Turan İlham oğlu 5 yanvar saat 21 radələrində qohumları tərəfindən yaşadığı evin yataq otağında ölmüş vəziyyətdə aşkar edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.