Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edilib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,150 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.