Bu bərə gəmilərində ötən ilin dekabr ayında rekord sayda avtomobil daşınıb

16-01-2026, 11:10 - İqtisadiyyat

AZCON Holding şirkətlərindən olan ASCO-nun bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4 476 avtomobil daşınıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, bununla da 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil daşınması üzrə əvvəlki rekord yenilənib və bu, son 5 ilin ən yüksək göstəricisi olub.

“2025-ci ilin noyabr ayında isə bərə gəmiləri ilə 3 243 avtomobil daşınıb. Beləliklə, avtomobil daşımalarının həcmi dekabr ayında noyabr ayı ilə müqayisədə təxminən 38 faiz artıb”,-məlumatda bildirilib.