Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

1-04-2026, 05:00 - Siyasət

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev aprelin 1-də Azərbaycana səfərə gəlib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Gürsel İsmayılzadə və digər rəsmi şəxslər qarşılayıblar.