Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

18-05-2026, 02:05 - Siyasət

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.