Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

12-10-2026, 11:27 - Siyasət

Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda əqli mülkiyyət hüququnun əsasları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və sonrakı illərdə daha da təkmilləşdirilib.