Prezident İlham Əliyev O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən, Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, buna qədər Orxan Məmmədov Yasamal Rayonu İcra Hakimiyyəti başçısının müavini idi.