Gömrük bəyannaməsi edənlərin nəzərinə: Bu gündən yeni qayda qüvvəyə mindi

1-06-2026, 09:00 - Cəmiyyət

Bu gündən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, artıq fərdi identifikasiya nömrəsi (FİN və şifrə) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə etmək mümkün olmayacaq.

Belə ki, vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər.

Bunlar “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” xidmətləridir.

Qeyd edək ki, fərdi identifikasiya nömrəsi ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olmaq imkanları qüvvədə saxlanılır.

Gömrük rəsmiləşdirilməsinin daha sürətli tamamlanması məqsədilə “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR”ın əvvəlcədən əldə olunması tövsiyə edilir.