Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın söndürülüb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğın genişlənməsinə, həmçinin ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.
xxx
00:05
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki,bu barədə Nazirlikdən bildirilib.
Əlavə məlumat veriləcək.
xxx
00:02
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.