Ağdaş rayonunda yük avtomobilində yanğın hadisəsi qeydə alınıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, iyunun 11-i saat 22 radələrində rayonun Ləki kəndi ərazisində Nurlan Allahverdiyevin idarə etdiyi “DAF” markalı yük avtomobilinə ildırım düşməsi nəticəsində yanğın baş verib.
Hadisə zamanı avtomobilin yanar konstruksiyaları, eləcə də yük hissəsində daşınan soyuducular yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.