Prezident İlham Əliyev: Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik

18-06-2026, 10:35 - Siyasət

Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, biz Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılmasını istəyirik.