Macarıstanın yeni hökuməti Ukraynaya hərbi yardım göstərilməsi üçün Avropa Sülh Fondundan istifadəyə razılıq verib və bununla da əvvəlki baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hökumətin tətbiq etdiyi qadağanı aradan qaldırıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Nepszava" bildirib.
Məlumata əsasən, blokdan çıxarılan təxminən 6,6 milyard avro vəsaitin Ukrayna ordusu üçün hava hücumundan müdafiə sistemlərinin alınmasına yönəldilməsi ehtimal olunur.
Qeyd edilib ki, bir neçə mənbə Ukrayna ilə bağlı son Macarıstan vetosunun ləğv olunduğunu və Avropa Sülh Fondunun vəsaitlərinin Ukrayna Silahlı Qüvvələri üçün silah alınmasına yönəldilməsi barədə qərarın Brüsseldə Aİ-yə üzv ölkələrin daimi nümayəndələri səviyyəsində qəbul edildiyini təsdiqləyib.
Növbəti mərhələdə bu fonda cavabdeh olan Avropa Xarici Fəaliyyət Xidməti müvafiq normativ sənəd layihəsini hazırlayacaq, daha sonra isə sənəd Aİ Şurası tərəfindən təsdiqlənəcək.